
Bakı. Trend:
İngiltərə Premyer Liqasında növbəti oyun keçirilib.
Trend-in
məlumatına görə, çempionluq mübarizəsi aparan “Mançester Siti”
səfərdə “Brayton”la qarşılaşıb. Görüş “şəhərlilər”in 4:0 hesablı
qələbəsi ilə yekunlaşıb.
Qolları Kevin De Brüyne (1 qol), Fil Foden (2 qol ) və Xulian
Alvares (1 qol) vurub.
Bu nəticədən sonra xallarını 76-ya çatdıran “Mançester Siti”
ikinci pilləyə yüksəlib. Turnir cədvəlinə isə 77 xalla “Arsenal”
başçılıq edir.





























