
Bakı. Trend:
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti
açıqlayıb.
Yığıncaqda Azərbaycan Premyer Liqasının XXXI turunda baş
verənlər müzakirə olunub. Çempionatın “Turan Tovuz” – “Sumqayıt”
oyununda 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat
cərimə edilib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil
olduğuna görə “Turan Tovuz” 800 manat ödəyəcək. Qarşılaşmanın
birinci hissəsi bitdikdən sonra Qərb təmsilçisinin azarkeşləri
tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 800 manat
ziyana düşüb. 4 futbolçusu sarı vərəqə alan qonaqların cəriməsi 700
manat olub.
“Qarabağ” – “Qəbələ” oyununda meydan sahiblərinin azarkeşləri
tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500
manat cərimələnib.
“Zirə” – “Neftçi” matçında qırımızı vərəqə alan Ceyhun Nuriyev 1
oyun cəzalanıb. O, meydan sahiblərini 500 manat ziyana salıb. Görüş
bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə”
800 manat cərimə edilib.
“Kəpəz” – “Sabah” qarşılaşmasında Gəncə klubunun azarkeşləri
tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə
görə klub 1000 manat cərimələnib.
“Araz-Naxçıvan” – “Səbail” oyunu bitdikdən sonra meydançaya
kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat xərcə
düşüb.





























