Advertisement

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Bakı. Trend:

Yanvar-mart aylarında Azərbaycandakı magistral neft kəmərləri
ilə nəql olunan neft 1,5 faiz artaraq 9 milyon 644 min ton təşkil
edib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki,
nəqletmənin 75,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru
kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları
ərzində bu kəmərlə neft nəqli 0,31 faiz artaraq 7 milyon 267,2 min
ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 80,7 faizini və
ya 5866,9 min tonunu Azərbaycanda hasil edilən neft, 19,3 faizini
və ya 1400,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil
olan neft təşkil edib.