
Bişkek. Trend:
Qırğızıstan və Azərbaycan əmtəə dövriyyəsini 2030-cu ilədək 500
milyon ABŞ dollarınadək artırmaq niyyətindədir.
Trend Qırğız
Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyinə istinadən xəbər
verir ki, bu barədə Qırğızıstanın iqtisadiyyat və kommersiya naziri
Daniyar Amangeldiyev Azərbaycan və Qırğızıstan Dövlətlərarası
Şurasının ikinci iclasında deyib.
“2030-cu ilədək ölkələrimiz arasında əmtəə dövriyyəsini təqribən
500 milyon ABŞ dollarına çatdırmağı hədəfləyirik. Azərbaycan
bazarını keyfiyyətli kənd təsərrüfatı məhsulları (kartof, lobya,
qoz), makaron məmulatları, şüşə istehsalı məhsulları, elektrik
lampaları və digər məhsullarla təmin etməyə hazırıq”, – o
deyib.
Nazir qeyd edib ki, sürətlə inkişaf edən ikitərəfli əlaqələr
Qırğızıstan və Azərbaycan arasında ticari-iqtisadi əlaqələri
gücləndirmək və genişləndirmək üçün qabaqcıl imkanlar yaradıb.
Amangeldiyev qeyd edib ki, aktiv fəaliyyətin təmin olunması üçün
ölkələr arasında 2029-cu ilədək ortamüddətli əsasda dolğun
əməkdaşlıq proqramı hazırlanıb və buraya bütün perspektiv
istiqamətlər, əmtəə dövriyyəsinin gücləndirilməsi, maliyyə-bank,
mədəni-humanitar və digər sahələri əhatə edir.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə,
Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi 2023-cü ildə
64,978 milyon ABŞ dolları olub ki, bu da 2022-ci ilin
göstəricilərindən (10,81 milyon dollar) 6,01 dəfə çoxdur.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























