Advertisement

Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika naziri ilə iqtisadi inkişaf hədəflərini müzakirə edib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının
energetika naziri Əbdüləziz bin Salman Əl-Səudla görüşərək iqtisadi
inkişaf hədəflərini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın baş iqtisadçısı
sosial şəbəkədə bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində bu
ölkənin energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman
Əl-Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri,
energetika sahəsində birgə fəaliyyət və ortaq təşəbbüslərin
perspektivləri barədə fikir mübadiləsi apardıq”, – o qeyd edib.