Advertisement

Mikayıl Cabbarov İİB-nin İllik Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının
(İİB) İllik Toplantısı çərçivəsində keçirilən “COP29-a doğru”
dəyirmi masada iştirak edib.

Trend-in
məlumatına görə, bu barədə M.Cabbarov “X” sosial şəbəkəsində
bildirib.

“Dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin
prioritet istiqamətləri barədə müzakirələr apardıq:

– Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının
reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər;
– Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə
fəaliyyətin təşviqi;
– Bərpaolunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə
mexanizmlərinin yaradılması”, – deyə nazir qeyd edib.