
Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti matçları
keçirilib.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Qəbələdə eyniadlı komanda “Kəpəz”i qəbul edib. Autsayderlərin
duelində Premyer Liqanı tərk edəcək komanda müəyyənləşib. 0:1
hesabı ilə uduzan “Qəbələ”nin son pilləni tutacağı rəsmiləşib.
“Neftçi” öz meydanında “Turan Tovuz”la görüşüb. “Ağ-qaralar”
çətinlik çəkmədən 3:0 hesabı ilə qələbə qazanıblar. Qərblilərin isə
avrokubok zonasına düşmək şansı minimuna enib.
Sumqayıtda şəhərin eyniadlı təmsilçisi “Qarabağ”la üz-üzə gəlib.
Çempionluğu təmin edən Ağdam klubunun son turlardakı uğursuzluğu
davam edib. “Barselona”nın düşərgəsinə təcrübəyə yollanan Samir
Abasovunsuz meydana çıxacaq “Sumqayıt” isə avrokuboklara vəsiqə
yolunda vacib 3 xal qazanıb.
Qeyd edək ki, tura aprelin 29-da yekun vurulacaq.





























