Advertisement

PSJ 12-ci dəfə Fransa çempionu olub

Bakı. Trend:

Futbol üzrə Fransa çempionatının 2023-2024-cü illər mövsümünün
qalibi müəyyənləşib.

Trend-in
məlumatına görə, PSJ bu ada sahib çıxıb. Belə ki, Liqa 1-in XXXI
turunda “Monako”nun “Lion”a 2:3 hesabı ilə məğlub olmasından sonra
aktivində 70 xalı olan Paris təmsilçisinin sona 4 tur qalmış qızıl
medalları təmin etməsi dəqiqləşib. Knyazlıq klubu isə xal itkisinin
ardından 58 xalla ikinci pillədə qərarlaşıb.

Bununla da paytaxt klubu 12-ci dəfə qızıl medala sahib
çıxıb.

Qeyd edək ki, ötən mövsüm də Fransa çempionluğunu PSJ əldə
etmişdi.