Advertisement

Əliyar Ağayevin idarə etdiyi oyunda Fatih Terimin komandası uduzub

Bakı. Trend:

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan
çempionatının oyununu idarə edib.

Trend-in
məlumatına görə, o, Superliqada “Panatinaikos” və “Aris”
komandaları arasında keçirilən matçda ədaləti qoruyub.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək
ediblər. VAR-da Kamal Umudlu, onun köməkçisi isə Andreas Fotopoulos
olub. Dördüncü hakim funksiyasını Fotis Polironis yerinə
yetirib.

Görüş Fatih Terimin başçılıq etdiyi “Panatinaikos”un minimal
hesablı məğlubiyyəti ilə başa çatıb. Yeganə qolu 2-ci dəqiqədə
Alvaro Zamora vurub. Ə.Ağayev oyun ərzində ümumilikdə 11 futbolçuya
sarı vərəqə göstərib. Vərəqələrdən 5-i meydan sahiblərinin, 6-sı
isə qonaqların payına düşüb.

Qeyd edək ki, bu nəticədən sonra 71 xalı olan “Panatinaikos”
3-cü, 52 xalı olan “Aris” isə 5-ci pillədə qərarlaşıb.