Advertisement

Yelo Bank-ın dəstəyi ilə “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və Azərbaycanda
keçiriləcək COP29 beynəlxalq tədbirinə dəstək məqsədilə Yelo Bank
təşəbbüskar addım atıb. Bankın Baş ofisində 200-dən çox gəncin
iştirakı ilə “Youth Water Innovation Forum-2024” tədbiri keçirilib.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondu,
“Aqualink” MMC-nin birgə dəstəyi və Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə baş tutub.

Forumun rəsmi açılış mərasimində Yelo Bank-ın İşəqəbul və Kadr
Planlaması şöbəsinin meneceri Aygün Məhərrəmova-Kazımova
iştirakçıları salamlayaraq Bank haqqında, tələbə və gənclər üçün
kareyra fürsətləri barədə məlumat verib. O, həmçinin günümüzün ən
aktual mövzularına həsr olunan belə forumların gənclərin
maarifləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Forumda daha
sonra dəstəkçilərin rəsmi nümayəndələri də çıxış edib. Tədbirin
rəsmi hissəsi yekunlaşdıqdan sonra Azərbaycan Milli
Konservatoriyasının tələbələrinin ifası dinlənilib. Forumun ikinci
hissəsi isə üç fərqli və günümüzün aktual mövzularını əhatə edən
panel görüşləri ilə davam edib.

Forumun keçirilməsində əsas məqsəd su təsərrüfatı sahəsinin
gənclər tərəfindən öyrənilməsi, içməli və çirkab su
texnologiyalarında müasir səmərəli həllərini təşviq etməkdir. Qeyd
edək ki, Yelo Bank korporativ sosial məsuliyyət strategiyasına
uyğun olaraq fəal təhsil dəstəkçisidir. Bank, gənclərimizin parlaq
gələcəyinə yönəlmiş təşəbbüslərini və tələbə təşkilatları ilə aktiv
əməkdaşlığını davam etdirəcək.

Bank xidmetleri haqqında
əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!