Advertisement

Bakının bu rayonunda fərdi evlər köçürüləcək – Yerində park salınacaq

Bakı. Trend:

Yaxın gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov və
Sergey Senyuşkin küçələrindəki fərdi yaşayış evlərinin köçürülməsi
və ərazidə park salınması nəzərdə tutulur.

Bu barədə Trend-ə Xətai Rayon İcra Hakimiyyətinin
ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov
bildirib.

O bildirib ki, bununla əlaqədar müvafiq qurumların nümayəndələri
sakinlərlə görüşlər keçiriblər, hazırda ölçmə işləri aparılır.