Advertisement

Mixail Fomenko vəfat etdi – Trend.Az

Bakı. Trend:

Ukrayna millisinin sabiq baş məşqçisi Mixail Fomenko vəfat
edib.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu yığmanın mətbuat xidməti
açıqlayıb.

Futbol veteranı bu gün səhər ölüb. O, 75 yaşında dünyasını
dəyişib.

Qeyd edək ki, 2012-16-cı illərdə rəhbərlik etdiyi millini
AVRO-2016-ya çıxaran mütəxəssis qitə çempionatından sonra
karyerasını başa vurub.