Advertisement

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub – Tarixdə ilk dəfə

Bakı. Trend:

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionu
olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, 27 yaşlı zəka sahibimiz qadın şahmatçılar
arasında fərqi Avropa çempionatının qalibi olub.

Təmsilçimiz Yunanıstanın Rodos adasında keçirilən yarışın
çempionu adını qazanıb. 10 oyunda 8,5 xal toplayan Ülviyyə Avropa
çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə
düşüb. O, son turda Nino Batsiaşvili ilə heç-heçə etməklə buna nail
olub.

Qeyd edək ki, Ülviyyə iki il əvvəl qitə çempionatında 3-cü yeri
tutub.