
Bakı. Trend:
“Real” heyətinə daha bir türkiyəli futbolçu qatmağı
planlaşdırır.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, İspaniya nəhəngi Onuralp Çevikkanın
xidmətində maraqlıdır.
Madrid klubu “Trabzonspor”un 18 yaşlı qapıçısını Tibo Kurtuanın
gələcəkdəki əvəzləyicisi kimi görür. Hazırda belçikalı zədə
səbəbindən oynamır. Bu səbəbdən La Liqa klubu Andrey Luninlə Kepa
Arrisabalaqaya güvənmək məcburiyyətindədir.
Qeyd edək ki, daha bir gənc türkiyəli Arda Gülər də “Real”ın
formasını geyinir.





























