Advertisement

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyət sahələrində
dayanıqlı, təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin
mühafizəsi, texniki təhlükəsizlik üzrə ardıcıl və sistemli
tədbirlər həyata keçirir.

Bu istiqamətdə görülmüş işlər nəticəsində QSC-də bütün fəaliyyət
dövründə təhlükəsiz iş saatlarının sayı 5 milyon
saatı
ötüb.

Qeyd edək ki, Səhmdar Cəmiyyət tərəfindən mədənlərdə və
istehsalat sahəsində qanunvericiliyin tələbləri və mütərəqqi
beynəlxalq təcrübə əsasında təhlükəsiz əmək şəraiti yaradılıb.
Əməkdaşlar müasir tələblərə cavab verən xüsusi geyim dəsti və fərdi
mühafizə vasitələri ilə təmin edilirlər.

Onların həyat və sağlamlığının qorunması, iş prosesi zamanı
bədbəxt hadisələrin qarşısının alınması, həmçinin sağlamlıq,
təhlükəsizlik, yanğından mühafizə üzrə digər tələblərə ciddi əməl
edilir.