
Bakı. Trend:
Bu gün Çempionlar Liqasında yarımfinalın ilk oyunlarına start
veriləcək.
Trend xəbər verir ki, “Bavariya” “Real”ı qəbul edəcək. “Allyanz
Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da
başlayacaq.
Bu komandalar arasında cavab qarşılaşması mayın 8-i
keçiriləcək.
Qeyd edək ki, yarımfinalın digər matçı sabah oynanılacaq.
30 aprel
23:00. “Bavariya” (Almaniya) – “Real” (İspaniya)
Baş hakim: Kleman Turpin (Fransa)
“Allyanz Arena”
1 may
23:00. “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa).





























