Advertisement

Ülviyyə Fətəliyeva kubokunu aldı (FOTO)

Bakı. Trend:

Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa çempionatının
bağlanış mərasimi keçirilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, çempionatın qalibi Ülviyyə Fətəliyevaya
qızıl medal və kubok təqdim olunub.

Onun şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib. Mərasimdə, həmçinin, müxtəlif nominasiyalar üzrə ən
yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunublar.
Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi
mükafata layiq görülüb.