Advertisement

Dünya Bankı Azərbaycana qeyri-gəlirli suyun (QGS) azaldılmasında kömək edəcək

Bakı. Trend:

Dünya Bankı “Azərbaycan üçün çevik texniki yardım aləti” (AZTAF)
çərçivəsində Azərbaycana qeyri-gəlirli suyun (QGS) 40 faizədək
azaldılmasında köməklik göstərəcək.

Trend xəbər verir ki, bu barədə Dünya Bankının su təchizatı və
sanitariya üzrə böyük mütəxəssisi Smita Misra Azərbaycan üçün çevik
texniki yardım proqramına həsr olunmuş tədbirdə deyib

O bildirib ki, real itkilərin infrastruktur axıntı indeksinin
16,4 faizdən dən 8 faizə qədər, kommersiya itkisinin isə 5 faizdən
0,7 faizə qədər azaldılması planlaşdırılır.

“Bunun üçün 5 il müddətinə 162 milyon 744 min ABŞ dolları, yaxud
bir il ərzində 33 milyon ABŞ dolları dəyərində büdcə tələb olunur.
Buraya qarışıq maliyyələşdirmə, o cümlədən dövlət-özəl
maliyyələşdirməsi də daxildir”, – o deyib.

Onun sözlərinə görə, Azərbycanda su anbarlarının rasional
planlaşdırılması və idarəetməsinin təkmilləşdirilməsi lazımdır.

Mütəxəssis bildirib ki, Azərbaycanda su ehtiyatları məhdud
olduğundan, ölkə ərazisindən kənardakı su ehtiyatlarından asılılıq
yüksək dərəcədədir.

“Quraqlıq və daşqınlar su təhlükəsizliyi üçün ciddi təhdiddir.
Suyun çirklənməsi ilə bağlı problemlər intensivləşir.
Xəritələşdirmə, monitorinq və təhlil məsələləri həll olunmaldır. Su
təchizatı və sanitariya, eləcə də irriqasiya sektorunda xidmət
keyfiyyətinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə ehtiyac
var”, – deyə Misra əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun