Advertisement

Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası
yoldaşlıq oyunu keçirəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti
açıqlayıb.

U-21 Slovakiya yığması ilə görüşəcək. Matç iyunun 7-də baş
tutacaq.

Millimizin səfər qarşılaşması Senec şəhərində yerləşən
Təlim-Məşq Mərkəzində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat
20:30-da başlayacaq.