Advertisement

Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub

Bakı. Trend:

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı
açıqlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisi
sırasında yer alan yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun
mövqeyi dəyişib.

“Qarabağ”ın baş məşqçisi dünya reytinqində 134-cü yerə yüksəlib.
1671 xala malik 52 yaşlı mütəxəssis 4 pillə irəliləyib. O, Markus
Qisdol (“Samsunspor”, Türkiyə), Davide Bellardini (“Sassuolo”,
İtaliya), Pelleqrino Matarazzo (“Hoffenhaym”, Almaniya) və Yess
Torupu (“Auqsburq”, Almaniya) arxada qoyub.

“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla
siyahıda 195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.

Qeyd edək ki, cədvələ 2230 xala malik “Mançester Siti”nin baş
məşqçisi Pep Qvardiola başçılıq edir.