Advertisement

Xavinin qərarını dəyişən səbəb – Trend.Az

Bakı. Trend:

“Barselona”nın baş məşqçisi Xavi komandada qalmasına aydınlıq
gətirib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, gənc mütəxəssis qərarını dəyişmə səbəbini
açıqlayıb.

Xavi “Barsa”nın hər şeydən öndə gəldiyini deyib. O, komandadan
böyük dəstək aldığını bildirib: “Hər şey qaydasındadır. Yanvarda
baş verənlərə görə məsuliyyət daşıdığımı hiss edirdim. Ona görə də,
prezidentlə müzakirələr apardıq, indi vəziyyət dəyişib.
Kataloniyalılar çox emosionaldır. Klub tərəfindən, həmçinin Deku və
futbolçuların dəstəyini hiss edirəm”.

Qeyd edək ki, klub prezidenti Joan Laporta ilə keçirdiyi mətbuat
konfransında 44 yaşlı mütəxəssisin komandadakı fəaliyyətini davam
etdirəcəyini bildirib.