Advertisement

Azərbaycan Dünya kubokuna 43 idmançı ilə qatılıb

Bakı. Trend:

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya kubokunda iştirak edəcək
Azərbaycan idmançılarının sayı bəlli olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu, yarışla bağlı keçirilən mətbuat
konfransında açıqlanıb.

Bildirilib ki, stend və güllə atıcılığı üzrə baş tutacaq Dünya
kubokunda yığmamız 43 snayperlə təmsil olunacaq.

Bu gün start götürən yarışda isə ümumilikdə 84 ölkədən 700
idmançı iştirak edəcək. Dünya kubokuna mayın 12-də yekun
vurulacaq.