Advertisement

Azərbaycan və Özbəkistanın energetika sektorunun perspektivləri müzakirə olundu

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın Yenidənqurma
və İnkişaf Fondunun direktoru Şuxrat Vafayevlə görüşüb.

Trend xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsində
paylaşım edib.

“Özbəkistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin
Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev ilə
ölkələrimizin birgə həyata keçirdiyi layihələrin perspektivləri,
Azərbaycan – Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti, sənaye,
hasilat, rəqəmsallaşma, turizm və infrastruktur sahələrində
əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi
apardıq”, – o qeyd edib.