Advertisement

Azərbaycanda və xaricdəki hotellərin müqayisəsi: Qiymətlər harada bahadır?

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda bütün ulduz
təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan
booking.com-da bir gecələmək üçün orta qiymət göstəricisi
Gürcüstan, Ermənistan və Türkiyənin İstanbul şəhəri ilə müqayisədə
aşağı olub.

Trend Dövlət Turizm
Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan
hotellərində orta qiymət yanvarda 87,5 manat, fevralda 102,6 manat,
martda 133,3 manat, aprel ayında 131,67 manat təşkil edib. Bu ilin
may ayı üçün isə yerli hotellərdə orta qiymət 131,75 manat təşkil
edib.

Bu, 2023-cü ilin eyni dövrünün ayları ilə müqayisədə 7,3 %, 29,3
%, 43,3 % və 37,7 % artıb. Ötən ilin may ayının göstəricisi
açıqlanmayıb.

Türkiyənin İstanbul şəhərində bütün ulduz təsnifatları üzrə
hotellərdə orta qiymət yanvar ayında 159,5 manat (- 2,8 %),
fevralda 130,6 manat (+ 14,5 %), martda 138,2 manat (- 15,7 %),
apreldə 180,8 manat (+ 0,5 %) və mayda 193,2 manat (ötən ilin may
aylarının göstəriciləri açıqlanmayıb) təşkil edib.

Gürcüstanda müvafiq olaraq orta qiymət 159 manat (+ 34,7 %), 126
manat (+ 21,5 %), 111 manat (- 0,1 %), 141 manat (- 9,2 %) və 132,2
(ötən ilin may aylarının göstəriciləri açıqlanmayıb) manat
olub.

Ermənistanda isə yanvar 106,6 (- 15,2 %), fevral 97,2 (- 7,2 %)
martda 102,5 (- 7,8 %) aprel ayında 112 (- 29,4 %) və may ayında
140 manat (ötən ilin may aylarının göstəriciləri açıqlanmayıb)
təşkil edib.