
Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan
avarçəkmə üzrə “Prezident Kuboku” beynəlxalq reqatasında ilk günün
qalibləri bəlli olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Suqovuşanda kayak və kanoe ilə 200 m və
500 məsafələrdə yürüşdə Azərbaycan idmançısı da fərqlənib.
Yığma üzvü Amil Ramazanov 2006-2007-ci il təvəllüdlü idmançılar
arasında bürünc medala yiyələnib. O, kayakla 200 m məsafəni 42
saniyəyə qət edib.
Günün qaliblərini Azərbaycanın Kanoe və Avarçəkmə
Federasiyasının prezidenti Vüqar Əhmədov, Gənclər və İdman
Nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov, Milli Olimpiya
Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Velosiped
Federasiyasının prezidenti Mədət Quliyev, Serbiya Avarçəkmə
Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç
mükafatlandırıblar.
Qeyd edək ki, reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya
Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar kayak,
kanoe və akademik növündə mübarizə aparacaqlar.





























