Advertisement

“Ferrari”nin yeni dizayn olunmuş avtomobilinin təqdimatı keçirilib

Bakı. Trend:

“Formula-1” komandası “Ferrari” yeni dizayn olunmuş
avtomibilinin təqdimatını keçirib.

Trend İdman.biz
istinadən xəbər verir ki, İtaliya təmsilçisi həftə sonunda Mayami
Qran-prisində yeni bolidlə çıxış edəcək.

“Ferrari”nin pilotları mavi kombinezon, göy çəkmələr və göy-mavi
dəbilqədə çıxış edəcəklər. Məlumatda göy çalarların kompaniyanın
ABŞ bazarında 70 illik fəaliyyətinə həsr olunub.

Qeyd edək ki, dünya çempionatının 6-cı mərhələsi mayın 3-5-də
Mayamidə baş tutacaq.