Advertisement

Azərbaycanın 5 cüdoçusu Düşənbə Böyük Dəbilqəsində

Bakı. Trend:

Qadın cüdoçulardan ibarət Azərbaycan yığması Düşənbə Böyük
Dəbilqəsində iştirak edəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, millimiz mayın 3-5-də Tacikistanın
paytaxtı Düşənbədə keçiriləcək turnirdə 5 idmançı ilə təmsil
olunacaq.

Yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında
cüdoçularımız 3 çəki dərəsində yarışacaqlar.

Qeyd edək ki, 3 gün davam edəcək turnirdə 71 ölkədən 421 idmançı
medallar uğrunda mübarizə aparacaq.

48 kq
Leyla Əliyeva

52 kq
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva

57 kq
Acelya Toprak
Fidan Əlizadə