
Bakı. Trend:
Yelo Bank mötəbər tədbirlərə ev sahibliyi etməyə davam edir. Bu
dəfə Bankın dəstəyi ilə “İşgüzar 5 çay” adlı forum keçirilib.
“Lider, yoxsa rəhbər?” mövzusunu əhatə edən forumda 20 sahibkar
qadın, AQSİA (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı
Assosiasiyası) İdarə Heyətinin sədri Səkinə Babayeva, Yelo Bank-ın
İnsan Kapitalının İdarəedilməsi departamentinin direktoru Məhbubə
Ziyatlı və bankın digər əməkdaşları iştirak ediblər.
Forumun keçirilməsində əsas məqsəd “Lider və rəhbər necə
olmalıdır?”, “Hər rəhbər Lider ola bilərmi?”, “Ən vacib liderlik
xüsusiyyətləri hansılardır?” kimi suallara sahibkar xanımlarla
birlikdə müzakirə şəklində cavab tapmaq və onları gələcək
karyeralarında rəhbər, yaxud lider olmağın çətinlikləri və
üstünlükləri haqqında məlumatdırmaqdır.
Forumda biznes təlimi üzrə psixoloq Aidə Qasımova və şüuraltı
terapiya üzrə mütəxəssis Aytən Hüseynzadə liderlik və rəhbərlik
haqqında iştirakçıları məlumatlandıraraq onların oxşar və fərqli
xüsusiyyətlərini vurğuladılar. Həmçinin sahibkar xanımlarla
birlikdə müzakirələr əsasında lider və rəhbərin xarekterik
xüsusiyyətlərini də aydınlaşdırmağa çalışdılar.
Qeyd edək ki, Yelo Bank üçün real sektorun, xüsusilə kiçik və
mikro sahibkarlıqla məşğul olan xanımları dəstəkləmək prioritetdir.
Bu mövzuda Bank bundan sonra da təşəbbüskar layihələrinə davam
edəcək.
Mikro
biznes krediti haqqında əlavə sualınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!


























