
Bakı. Trend:
Azərbaycan və Özbəkistan nəqliyyat sahəsində əməkdaşlıqda mühüm
artım müşahidə edir.
Trend xəbər
verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənd
İnvestisiya Forumu çərçivəsində keçirilən “Uğura aparan birgə yol:
Özbəkistan və Azərbaycan” mövzusunda keçirilən panel müzakirəsində
çıxışında deyib.
“Azərbaycan və Özbəkistan arasında nəqliyyat sahəsində
əməkdaşlıq iki il bundan əvvəl başlayıb. Qarşılıqlı anlaşma əldə
etmişik və rahat daşınma şərtlərinin təmin olunması üçün xüsusi
tarif siyasəti tətbiq etmişik. Bu sahədə mühüm artım görürük – 300
tondan çox yük avtomobil və dəmir yolu ilə daşınıb”, – o deyib.
Nazir avtomobil istehsalı sahəsində əməkdaşlıq sahəsində birgə
fəaliyyət barədə qeyd edərək, Özbəkistanın “UzAuto Motors”
şirkətinin və Azərbaycanın “Azərmaş” avtomobil zavodunun rolunu
vurğulayıb.
M.Cabbarov, həmçinin, Azərbaycan və Özbəkistan arasında birgə
investisiya fondu çərçivəsində əməkdaşlıqdan bəhs edib.
“Özbəkistanda bu tərəfdaşlığa imkan yaradan həmkarlarmıza
minnətdarlıq etmək istərdim, biz bunu yüksək qiymətləndiririk.
Dünən nəzarət komitəsinin ilk iclasını keçirdik. Müxtəlif sahələrdə
10-dan çox layihəni müzakirə etdik”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mrt ayları ərzində Azərbaycan
və Özbəkistan arasında əmtəə dövriyyəsi 142 milyon ABŞ dolları
təşkil edib. İki ölkənin iqtisadiyyatı yaxın illərdə qarşılıqlı
ticarətin 1 milyard dollara çatması üçün kifayət qədər potensiala
malikdir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























