Advertisement

Ötən ay Dövlət Neft Fondu dollar satışını artırıb

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ötən ay
623,4 milyon dollar məbləğində vəsait satılıb.

Trend xəbər verir ki, bu barədə fondun yaydığı məlumatda
deyilir.

Bildirilib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1
dəfə çoxdur.

Ötən ilin aprel ayında Dövlət Neft Fondu tərəfindən 286 milyon
dollar məbləğində vəsait satılıb.