Advertisement

Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib (FOTO)

Bakı. Trend:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan nümayəndə
heyətini qəbul edib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.

“Özbəkistana işgüzar səfərimiz zamanı Özbəkistan Prezidenti
cənab Şavkat Mirziyoyevin qəbulunda olduq. Azərbaycan – Özbəkistan
strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə
prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında
daha yüksək səviyyəyə çatdırılması, iqtisadi platformada ortaq
maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə
inkişafa verdiyi töhfələr barədə fikirlər ifadə edildi”, – nazir
bildirib.