
Tbilisi. Trend:
Azərbaycan Asiya İnkişaf Bankının (AİB) Tbilisidə keçirilən
illik toplantıları çərçivəsində Mərkəzi Asiya Regional İqtisadi
Əməkdaşlıq Proqramı (CAREC) regionunda “yaşıl” iqtisadiyyat üzrə
müzakirələrdə iştrirak edir.
Trend bu
barədə tədbirin keçirildiyi məkandan xəbər verir.
İqlim gündəliyini təşviq edərkən CAREC-in qlobal dəyər
zəncirləri ilə bağlantılarının möhkəmləndirilməsində regional
əməkdaşlığın müzakirəsi üçün panel müzakirələrdə hökumətlərin,
inkişaf üzrə tərəfdaşların və özəl sektorun nümayəndələri iştirak
edir.
İştirakçılar maliyyələşdirməni səfərbər edilməsi və iqlim
dəyişikliyi ilə mübarizə ilə əlaqədar regional layihələrin
hazırlanmasına dəstək üçün imkanları araşdıracaq.
Tədbirdə Azərbaycanı maliyyə naziri, AİB Rəhbərlər Şurasının
üzvü Samir Şərifov təmsil edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























