Advertisement

Konfrans Liqası: Birminqem və Florensiyada qol şousu

Bakı. Trend:

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinə start
verilib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Avropanın üçüncü dərəcəli klub turnirində iki
matçda qapılara 11 qol vurulub.

“Böyük beşlik” təmsilçiləri evdə fərqli nəticə göstəriblər.
“Fiorentina” son dəqiqə qolu ilə “Brügge”ni məğlub edib. “Aston
Villa” isə öz meydanında “Olimpiakos”dan 4 top buraxıb.

Qeyd edək ki, cavab oyunları mayın 9-da keçiriləcək.

Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
2 may
23:00. “Fiorentina” – “Brügge” – 3:2
23:00. “Aston Villa” – “Olimpiakos” – 2:4