Advertisement

Azərbaycan Basketbol Liqası: “Neftçi” uduzub, “Xırdalan” yarımfinalda

Bakı. Trend:

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin
cavab matçlarına start verilib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, ilk oyun günündə “Neftçi” və “Xırdalan” üz-üzə
gəlib.

Birinci görüşdə uduzan “ağ-qaralar” revanş ala bilməyiblər.
“Neftçi” uzun müddət hesabda öndə olsa da, son dəqiqədə “Xırdalan”
hər şeyi öz xeyrinə dəyişib. 76:73 hesabı ilə qalib gələn Uğur
Özdemirin komandası ilk yarımfinalçı olub.

Qeyd edək ki, “Xırdalan” yarımfinalda “Sabah”la, “Xəzri” –
“Sərhədçi” görüşünün güclüsü isə NTD-İNDİQO ilə qüvvəsini
sınayacaq.