Advertisement

Bakıda ilk Avropa kuboku keçirilir

Bakı. Trend:

Bu gün Avropa Gimnastikasının təşəbbüsü ilə Azərbaycanda ilk
dəfə olaraq bədii gimnastika üzrə Avropa kuboku start
götürəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, mayın 5-dək davam edəcək yarışda 34
ölkənin idmançıları mübarizə aparacaqlar.

Milli Gimnastika Arenasında təşkil olunacaq Avropa kuboku yeni
formatı ilə fərqlənəcək. Proqrama əsasən, böyük fərdi gimnastlar
“çarpaz-qarşılaşmalar” sistemi ilə mübarizə aparacaqlar. Bununla da
onlar təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmək üçün
bir-biriləri ilə güclərini yoxlayacaqlar.

Avropa kubokunda qaliblər fərdi və çoxnövçülük proqramında,
eləcə də, komanda hesabında müəyyənləşəcək.

Azərbaycanı fərdi yarışlarda Zöhrə Ağamirova ilə Kamilla
Seyidzadə, qrup hərəkətlərində isə Güllü Ağalarzadə, Kamilla
Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və
Zeynəb Hümmətovadan ibarət komanda təmsil edəcək.