Advertisement

Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır – XİN

Bakı. Trend:

“Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə
aktualdır”.

Trend xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi X
hesabında bildirib.

“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur
etməməsi daha çox itkilərə və xəsarətlərə səbəb olur.

Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb,
ayağı amputasiya edilib.

2020-ci ilin noyabr ayından indiyədək 343 nəfər minaların
qurbanı olub”, – deyə paylaşımda qeyd olunub.