Advertisement

Çoxtərəfli inkişaf banklarının təsiri onların maliyyələşdirmə həcmi ilə qeyri-mütənasibdir – Ceff Teylor

Tbilisi. Trend:

Çoxtərəfli inkişaf banklarının təsiri onların maliyyələşdirmə
həcmi ilə qeyri-mütənasibdir.

Trend xəbər
verir ki, bu barədə AİB-in baş direktor müavini, satınalmalar,
portfel və maliyyə idarəetməsi departamentinin satınalmalar üzrə
baş mütəxəssisi Ceff Teylor Tbilisidə AİB-in illik toplantıları
çərçivəsində keçirilən “Dayanıqlı satınalmalar – AİB-in iqlim
dəyişmələrinin nəticələrinin yüngülləşdiriməsi və onlara adaptasiya
üzrə hədəflərinin əldə olunmasına töhfə” mövzusunda panel
müzakirəsində çıxışında deyib.

“Əslində, çoxtərəfli inkişaf banklarının təsiri onların
maliyyələşdirmə həcmi ilə qeyri-mütənasibdir. Biz lider rolunu
oynamaq, bir çox üzv ölkələrimiz üçün nümunə olmaq və ya məsləhət
vermək üçün ödəniş edirik. Çoxtərəfli inkişaf bankları birliyinin
üzvləri olaraq burada reaktiv rol deyil, lider rolunu öz üzərimizə
götürməli və qabaqlayıcı tədbirlər görməliyik. Bu, çoxtərəfli
inkişaf banklarının təkamülünün bir hissəsidir.

Mən köhnə satınalma üsulunu, risksiz metodu qeyd etdim. Biz
hamımız çoxtərəfli inkişaf bankları qrupu olaraq bu köhnə modeldən
uzaqlaşmaq üçün səylə çalışırıq. Bu, asan deyil, lakin proses tam
sürətlə gedir və geridönülməzdir. Hər şey qiymət və keyfiyyət
nisbəti konsepsiyasından başladı. İndi biz anlayırıq ki,
dayanıqlılıq bir dəyərdir və buaraya öz yanaşmalarımızı daxil
etməliyik. Buna dair unikal anlayışımız mövcuddur”, – o deyib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik
toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.
Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,
ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB
prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə
də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış
edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun