Advertisement

AİB Gürcüstanın regional haba çevrilməsini dəstəkləyir – AİB prezidenti

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) Gürcüstanın regional haba çevrilməsini
dəstəkləyir.

Trend xəbər
verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) prezidenti
Masatsuqu Asakava Tbilisidə AİB-in illik toplantılarının
kuluarlarında brifinqdə deyib.

“AİB Gürcüstanın ən böyük tərəfdaşlarından biridir. Gürcüstan
üçün kreditlər və texniki yardım qrantları formasında 3,9 milyard
dollardan çox vəsait ayırmışıq.

Ölkələrin tərəfdaşlığı üzrə strategiyamız üç əsas istiqaməti
əhatə edir: iqtisadi inkişaf, sosial inkişaf və dövlət
idarəetməsinin inkişafı. Biz Gürcüstanı dəstəkləməyə davam
edəcəyik. Gürcüstanın Qərblə Şərqin arasında yerləşməsi fonunda
regional əməkdaşlığı dəstəkləyirik. Gürcüstanın regional mərkəzə
çevrilməsini dəstəkləyirik”, – o deyib.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun