
Bakı. Trend:
Bakıda ilk dəfə keçiriləcək güləş üzrə U-23 Avropa çempionatına
qatılacaq ölkə və idmançıların sayı açıqlanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, qitə birinciliyində 32 ölkədən 400-ə
yaxın güləşçi mübarizə aparacaq.
Yarış mayın 20-26-da Bakı İdman Sarayında təşkil ediləcək.
Proqrama əsasən, çempionata yunan-Roma güləşçiləri start
verəcək. Onlar estafeti qadın idmançılara ötürəcək. Yarışa sərbəst
güləşçilər yekun vuracaq. Görüşlər hər gün saat 10:30-da start
götürəcək. Avropa çempionatının təntənəli açılış mərasimi mayın
20-də saat 17:00-da başlayacaq.
Qeyd edək ki, yaxın günlərdə biletlər “İticket” şirkəti vasitəsi
ilə satışa çıxarılacaq.





























