
Bakı. Trend:
Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu, Türk
Dövlətləri Təşkilatının (TDT) və Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes
Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan
Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə
keçirilən Türk Dövlətləri İqtisadi Forumu 2024 (TDEF) türk
dünyasının öndə gələn iş adamlarını, sərmayəçilərini və dövlət
adamlarını bir araya gətirdi.
2-3 may 2024-cü il tarixlərində türkdilli ölkələr arasında ilk
dəfə keçirilən tədbir, bu ölkələrdə mövcud bazar və investisiya
imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə
inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya
münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və
şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələr
arasında münasibətlərin gücləndirilməsi məqsədi daşıyırdı.
Forumda “Türk dünyası ölkələri arasında iqtisadi əməkdaşlıq,
onun təsiri və qlobal iqtisadiyyata töhfəsi”, “Çin yoxsa Hindistan
Yolu? Ələt Azad Ticarət Zonasının əhəmiyyəti”, “Türk qadını; Qadın
Sahibkarların İnkişafı” və “Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq
– Brendləşmə, Françayzinq” başlıqlı panellər keçirilib.
Qeyd edək ki, II penel müzakirəsində Kapital Bank-ın Kiçik və
orta sahibkarlarla iş departamentinin direktor müavini Elçin
Mustafayev də iştirak edib. O çıxışında bankın sahibkarlıq
istiqamətində atdığı mühüm addımlara, biznesin inkişafındakı
yanaşmasına və bütün təşəbbüslərin müştəri mərkəzli xidmətin
yaxşılaşdırmasına xidmət etdiyindən söz açıb. O, həmçinin
sahibkarlığa dəstəyin ölkənin iqtisadi inkişafındakı əməhiyyətini
də vurğulayıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün— https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



























