Advertisement

Azərbaycan “Prezident kuboku”nu 9 medalla başa vurub – Mükafatlandırma

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan
avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatasında sonuncu
günün qalibləri mükafatlandırılıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, mərasim Mingəçevirdə “Kür” Olimpiya
Tədris-İdman Mərkəzində keçirilib.

Medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan
Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, baş
katibi Fərhad Əliyev, Milli Məclisin sədrinin birinci müavini Əli
Hüseynli, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri
Duşan Kovaçeviç, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham
İsmayılov, Mingəçevir Şəhər Dövlət Universitetin rektoru Şahin
Bayramov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının idman
direktoru Rəhman Xanlarov təqdim ediblər.

“Prezident kuboku-2024” beynəlxalq reqatasında Azərbaycan
millisi 1 qızıl, 3 gümüş və 5 bürünc medalla yarışı başa vurub.

4 gün davam edən reqatada 20-dən çox ölkədən – Azərbaycanla
yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya,
Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva,
Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə,
Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparıb.

Qeyd edək ki, Suqovuşan su anbarında start götürən “Prezident
kuboku-2024” beynəlxalq reqatası Mingəçevir şəhərində başa
çatıb.