Advertisement

bp indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

Bakı. Trend:

bp şirkəti bu günə kimi Xəzərin Azərbaycan sektorunda yerləşən
“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft
hasil edib.

Trend xəbər verir ki, bunu bp-nin Xəzər regionu üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, təkcə “Şahdəniz” qaz-kondensat yatağından bu günə
kimi 200 milyard kubmetrdən artıq qaz hasil olunub.