
Bakı. Trend:
UEFA Avrokuboklarda həftənin ən yaxşılarının adlarını
açıqlayıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Çempionlar Liqasında Vinisius Junior
fərqlənib.
Braziliyalı forvard yarımfinalın ilk matçında “Bavariya”nın
(2:2) qapısından 2 top keçirib. Avropa Liqasında isə “Bayer”in
yarımmüdafiəçisi Robert Ayndrix ən yaxşı seçilib. O, “Roma” ilə
qarşılaşmada 2-ci qolun müəllifi olub (2:0).
Konfrans Liqasında “het-trik” edən “Olimpiakos”un hücumçusu Ayub
El-Kabi ən yaxşı seçilib. O, səfərdə “Aston Villa” ilə 2:4 başa
çatan görüşdə 3 qol vurub.
Qeyd edək ki, hər 3 turnirdə cavab matçları gələn həftə
keçiriləcək.





























