Advertisement

Tbilisidə AİB İdarəedicilər Şurasının iclası başlayıb

Tbilisi. Trend:

Tbilisidə Asiya İnkişaf Bankının (AİB) İdarəedicilər Şurasının
iclası başlayıb.

Trend xəbər
verir ki, bu, illik toplantının rəsmi başlanğıcının açılışıdır.

Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi
tədbirdir.

AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri,
eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutsişvili
bəyanatlarla çıxış edəcəklər.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik
toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun