Advertisement

Qlobal dəyər zənciri ilə əlaqəli tullantıları azaltmağın vaxtı çatıb – AİB prezidenti

Tbilisi. Trend:

Qlobal dəyər zənciri ilə əlaqəli tullantıları azaltmağın vaxtı
çatıb.

Trend xəbər
verir ki, bu barədə AİB prezidenti Masatsuqu AsakavaTbilisidə
AİB-in İdarəedicilər Şurasının iclasının açılış mərasimində
deyib.

“Bu zalda iştirakımız dünyamızın nə qədər dərindən əlaqəli
olduğunu nümayiş etdirir. Bunu qeyd etməliyik. Həmçinin, daha yaşıl
və açıq iqtisadiyyat qurmaq üçün bu əlaqələri inkişaf etdirməliyik.
Ola bilsin ki, geri dönərək, pandemiyaya və ya hazırkı geosiyasi
gərginliklərə və münaqişələrə nəzər salaraq, qloballaşmanın öldüyü
qənaətinə gəlmək asan ola bilər. Mən buna inanmıram”, – o
deyib.

Asakava qeyd edib ki, qlobal ticarətin və təchizat zəncirlərinin
sarsıntılar qarşısında həssas olduğu həqiqətdir.

“Lakin cavab proteksionizm və seqmentasiya ola bilməz. Azad
ticarət və kapitalın sərbəst hərəkəti onilliklər ərzində
regionumuza fayda verib və bu, irəliyə doğru bir addım olmalıdır.
Beləliklə, təchizat zəncirlərinin dayanıqlılığını artırmaq,
transsərhəd ticarəti təşviq etmək, özəl sektorun investisiyalarını
stimullaşdırmaq, eləcə də, maliyyə və vergi əməkdaşlığını
möhkəmləndirmək üçün regional əməkdaşlığın necə dərinləşdirilməli
olduğuna nəzər yetirək”, – o deyib.

Asakava, həmçinin, qlobal təchizat zəncirlərinin dekarbonizasiya
üsullarını axtarmağın vacibliyini vurğulayıb.

“Ticarətlə əlaqəli fəaliyyətlərin payına qlobal karbon
tullantılarının 30 faizə qədəri düşür. Xoşagəlməz həqiqət ondan
ibarətdir ki, Asiyada güclü iqtisadi artım fonunda istixana
qazlarının tullantılarında rolumuz artmaqdadır. Artıq daha
dayanıqlı gələcək üçün qlobal dəyər zənciri ilə əlaqəli
tullantıları azaltmaq üçün hərəkətə keçməyin vaxtı gəlib çatıb”, –
o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun