Advertisement

AİB-in maliyyələşdirilməsi güzəştli şərtlərdə resursları əhatə etməyə davam etməlidir – Masatsuqu Asakava

Tbilisi. Trend:

Asiya İnkişaf Bankının (AİB) maliyyələşdirilməsi güzəştli
şərtlərdə resursları əhatə etməyə davam etməlidir.

Trend xəbər
verir ki, bu barədə AİB prezidenti Masatsuqu Asakava Tbilisidə
AİB-in İdarəedicilər Şurasının iclasının açılış mərasimində
deyib.

“İcazənizlə qeyd edim ki, gələcəyə körpüümüz buna ən çox
ehtiyacı olanları geridə qoya bilməz. O cümlədən, inkişaf etməkdə
olan kiçik ada dövlətlərindəki yoxsul və həssas əhali qrupları,
ağır iqlim dəyişmələri, iqtisadi sarsıntı və münaqişələrlə əlaqəli
ağır yüklə üzləşirlər. Maliyyələşdirməmiz güzəştli şərtlərdə
resursları, o cümlədən, qrantları əhatə etməyə davam etməlidir. AİB
burada mühüm rol oynayıb. Cümə axşamı günü tamamlama bitdikdən
sonra isə biz bu tələbatları qarşılamaq üçün 5 milyard dollara
qədər vəsait təmin edə biləcəyik”, – o deyib.

Asakava donorlara bu dəstəyə görə minnətdarlığını bildirib.

“Bu, əhəmiyyət kəsb edir. Bunu bilirəm, çünki bütün regiondan
gələcəklərinə yatırdığımız investisiyalar sayəsində daha yaxşı
perspektivləri açılan insanlarla görüşmüşəm. Dostlar, gələcəyə
körpümüz də bir o qədər inklüziv olmalıdır. Heç kim maliyyə vəsaiti
əldə etməyin qarşısındakı maneələr səbəbindən inkişaf
üstünlüklərindən məhrum olmamalıdır”, – deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun