Advertisement

AİB-in Mərkəzi və Qərbi Asiyada iqtisadi artım proqnozu müsbət olaraq qalır – Yevgeni Jukov

Tbilisi. Trend:

AİB-in Mərkəzi və Qərbi Asiyada iqtisadi artım proqnozu müsbət
olaraq qalır.

Trend-in məlumatına görə, bunu AİB-in Mərkəzi və Qərbi Asiya
üzrə baş direktoru Yevgeni Jukov Tbilisidə AİB-in illik iclasında
brifinq zamanı deyib.

“Ümumilikdə, AİB-in Mərkəzi və Qərbi Asiya ölkələri ilə bağlı
proqnozu çox müsbətdir. Bu il səngimə çox cüzidir. İnflyasiya da
azalacaq. Təbii ki, qonşu ölkələrdə iqtisadi artımın ləngiməsi,
yüksək templərlə bağlı bəzi şoklar baş verə bilər. Qida və enerji
qiymətləri hər zaman yenidın bahalaşa bilər. Geosiyasi gərginliklər
də iqtisadiyyata təsir edə bilər”, – o deyib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB)
İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantının
rəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxri
qonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik
toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.