Advertisement

“Qarabağ” Bəhlul Mustafazadə ilə müqaviləni uzadıb

Bakı. Trend:

“Qarabağ” Bəhlul Mustafazadə ilə yeni müqavilə imzalayıb.

Trend İdman.biz-ə xəbər
verir ki, 27 yaşlı müdafiəçi ilə anlaşma daha 3 il müddətinə
uzadılıb.

Bəhlul Mustafazadə 2027-ci ilin yayına qədər “Qarabağ”da forma
geyinəcək.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən
futbolçu 2021-ci ildən Ağdam klubunda oynayır.