Advertisement

İngiltərə Premyer Liqası: “Arsenal” və “Mançester Siti” büdrəməyib

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 35-ci turu liderlərin qələbəsi ilə
yadda qalıb.

Trend İdman.biz-ə
istinadən xəbər verir ki, “Arsenal” və “Mançester Siti” öz
meydanında 3 xal qazanıb.

London klubu “Bornmut”un qapısından 3 cavabsız top keçirib.
Qələbə sayəsində 83 xal toplayan Mikael Artetanın komandası lider
mövqeyini qoruyub.

“Şəhərlilər” isə “Vulverhempton”a 5:1 hesabı ilə qalib gəliblər.
Erlinq Holand poker edərək, 3 xalın qazanılmasında böyük pay sahibi
olub. Ehtiyatda 1 oyunu olan “Mançester Siti” liderdən 1 xal geri
qalır.