
Tbilisi. Trend:
AİB gələcəkdə də iqlim dəyişikliyi və özəl sektorun inkişafına
diqqət yetirəcək.
Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB)
prezidenti Masatsuqu Asakava Tbilisidə keçirilən 57-ci illik
iclasında Rəhbərlər Şurasının biznes sessiyasında bildirib.
“Bu il AİB 2025-2030-cu illər üçün korporativ nəticələr
matrisini və 2030-cu ilə qədər strategiyanın icmalından istifadə
edəcək və müştərilər üçün dəstəyi inkişaf etdirməyə davam edəcək.
AİB ən çox ehtiyacı olan üzvləri dəstəkləmək üçün yeni
genişləndirilmiş kredit imkanlarından səmərəli istifadə edəcək
AİB-in yeni əməliyyat modelində iqlim dəyişikliyi və özəl
sektorun inkişafına diqqət yetiriləcək. Yeni əməliyyat modelimizi
sürətləndirmək və hesabatlılığı təmin etmək üçün biz yeni iş
üsullarını da tətbiq edəcəyik. Bunlara yeni rəqəmsal alətlər,
regional iş proqramları və korporativ fəaliyyət göstəriciləri
daxildir”, – deyə o bildirib.
Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik
toplantının mövzusu “Gələcəyə Körpü”dür.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.



























